“Fənərbaxça” Tyaqo Çukur və Ərtoğrul Çətini icarəyə verdi

Türkiyənin “Fənərbaxça” klubu iki futbolçusunu – Tyaqo Çukur və Osman Ərtoğrul Çətini icarəyə göndərdiyini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Tyaqo Çukur qarşıdakı mövsümün sonuna kimi Belçikanın “Beveren” komandasında icarədə oynayacaq. Osman Ərtoğrul Çətin isə “Gənclərbirliyi”nə icarəyə verilib.

Tyaqo “Fənərbaxça”ya ötən ilin yayında İngiltərənin “Uotford” klubundan transfer edilmiş və dərhal “Dender”ə icarəyə verilmişdi. Niderlandda dünyaya göz açmış türk əsilli 20 yaşlı forvard geridə qalan mövsümdə 26 oyuna çıxıb, 5 qol və 3 assistlə yadda qalıb. O, Türkiyənin əsas millisində 1 oyun keçirib.

Osman Ertoğrul Çətin isə İstanbul klubunun öz yetirməsidir. 20 yaşlı futbolçu bu klubun əsas komandasında da 3 oyun keçirib, 1 qol buraxıb, 2 oyunda qapısını toxunulmaz saxlayıb. Çətin həm də Türkiyənin U-21 yığmasına dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: