Fərid Nəbiyev 3 klubla danışıq aparır

Geridə qalmış 2024/2025-ci illər mövsümünü “Səbail”də keçirmiş Fərid Nəbiyev hazırda özünə yeni klub axtarır.

Arena.az saytının əldə etdiyi məlumata görə, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi üç klubla danışıq aparır.

Onun xidmətində Premyer Liqaya yeni yüksəlmiş “Karvan” və “İmişli” klubları, eləcə də “Sumqayıt” maraqlıdır. Futbolçunun yekun qərarının necə olacağı yaxın zamanda bəlli olacaq.

Xatırladaq ki, Fərid Nəbiyev 2024-cü ilin yayından formasını geyindiyi “Səbail”də 30 oyuna çıxıb, 2 qol və 4 assistlə yadda qalıb. O, karyerası ərzində “Viktoriya” (Jijkov), “Slaviya” (Praqa), “Şevardeni” kimi klublarda legioner həyatı yaşayıb, “Kəpəz”, “Turan Tovuz” və “Qəbələ”nin uğurları üçün çalışıb.

Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Fəridə əsas millimizdə ehtiyac duyulmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: