Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan ayrılan Fabinyo bundan sonra karyerasını “Trabzonspor”da davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu bu yay Səudiyyə Ərəbistanı klubunu azad agent kimi tərk etmişdi. Braziliyalı “Trabzonspor”da “Liverpul”dakı sabiq komanda yoldaşı Məhəmməd Salahla yenidən bir araya gələcək. Misirli futbolçu da cari transfer pəncərəsində Türkiyə klubuna keçib.
Fabinyo 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edirdi. O, Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində ümumilikdə 111 rəsmi oyuna çıxıb, 7 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
“Fluminense”nin yetirməsi olan braziliyalı futbolçu daha öncə “Monako”, “Liverpul” və Madrid “Real”ında da çıxış edib.
Yarımmüdafiəçi 2015-ci ildə debüt etdiyi Braziliya millisinin heyətində 36 oyuna çıxıb, 1 assist müəllifi olub.


