Felipe Auqusto “Zenit”ə keçdi, “Trabzonspor” 15 milyon avro qazandı

Türkiyənin “Trabzonspor” klubunun braziliyalı universal hücumçusu Felipe Auqusto bundan sonra karyerasını “Zenit”də davam etdirəcək.

Arena.az bu barədə Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

22 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalanıb. Sazişin müddətinin daha bir il uzadılması imkanı da nəzərdə tutulub.

Türkiyə mətbuatının məlumatına görə, transferin dəyəri bonuslarla birlikdə 20 milyon avroya çata bilər. Belə ki, “Trabzonspor” bu keçiddən 15 milyon avro sabit ödəniş, əlavə olaraq isə 5 milyon avro bonus qazanacaq.

Braziliyalı forvard ötən mövsüm “Trabzonspor”un heyətində bütün turnirlərdə 40 oyunda meydana çıxaraq 15 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

2004-cü il təvəllüdlü hücumçu peşəkar karyerasına Braziliyanın “Korintians” klubunda başlayıb. O, 2024-cü ildə Belçikanın “Serkl Brügge” komandasına transfer olunmuş, 2025-ci ilin yayında isə “Trabzonspor”a keçmişdi.

Felipe Auqusto Türkiyə təmsilçisində cəmi bir mövsüm çıxış etdikdən sonra karyerasını Rusiyada davam etdirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: