Fernando Santos: “İndi ən önəmli olan bu oyunlara hazırlamaqdır”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Artıq püşk atılıb, heç nəyi dəyişmək mümkün deyil. İndi daha vacibi rəqibləri yaxından tanımaqdır. Fransa, yoxsa Xorvatiya ilə qarşılaşacağımız UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Digər rəqiblərimiz isə Ukrayna və İslandiya seçmələridir. İndi ən önəmlisi komandamızı bu oyunlara hazırlamaqdır. Mart və iyun aylarında rəsmi matçlarımızın olmaması yaxşı haldır. Qrup oyunlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Həmin dönəmlərdə yoxlama görüşləri keçirəcəyik ki, yığmamız sentyabrda başlayacaq seçmə mərhələ matçlarına hazır olsun”, deyə Fernando Santos ilk düşüncələrini paylaşıb.

Xatırladaq ki, millimizin D qrupundakı rəqibləri UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya yığmalarıdır. Bu qrupda mübarizə 2025-ci ilin sentyabr ayında başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: