FIFA Ermənistan milli komandasının Portuqaliya və İrlandiya ilə keçirdiyi oyunlara görə bu ölkənin futbol federasiyasını cərimələyib.
Arena.az bu barədə yerli mətbuata istinadən məlumat verir.
Bildirilir ki, FIFA Ermənistan Futbol Federasiyasını 13 min İsveçrə frankı (16 min dollar) məbləğində cərimə edib. Bu məbləğin 12 min frankı Portuqaliya ilə oyun zamanı komandanın qeyri-münasib davranışı, nizam-intizamın və təhlükəsizliyin pozulması, həmçinin azarkeşlərin meydana daxil olmaq cəhdləri ilə bağlıdır.
Həmin oyunda baş verənlərə görə Portuqaliya Futbol Federasiyasına da xəbərdarlıq edilib. İrlandiya ilə matçda baş verən insidentlərə görə isə ermənilər əlavə olaraq 1000 frank ödəyəcəklər.
Xatırladaq ki, Ermənistan yığması doğma meydanda qarşılaşdığı İrlandiyanı 2:1 hesabıyla məğlub edibsə, Portuqaliyaya 0:5 hesabıyla uduzub.


