FIFA prezidenti Hövsanda inşa edilən bazanı ziyarət etdi

FIFA-nın prezidenti Canni İnfantino bu gün U-15 Dünya Çempionatı və Festivalı 2026-ya hazırlıq çərçivəsində Azərbaycana səfərə gəlib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, səfər çərçivəsində AFFA-nın prezidenti Rövşən Nəcəf və FIFA-nın prezidenti Canni İnfantino tarixdə ilk dəfə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalının oyunlarının keçiriləcəyi Hövsan qəsəbəsində inşa olunan futbol bazasında olublar.

İnfantinoya 10 futbol meydançasından ibarət kompleksdə tikinti işlərinin gedişatı və yarışa hazırlıq prosesi barədə ətraflı məlumat verilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yaydığı məlumatda dünyanın ali futbol qurumunu və Canni İnfantinonu tam dəstəklədiyini də vurğulayıb.

Xatırladaq ki, Canni İnfantino bu gün Azərbaycana səfər çərçivəsində dövlət başçısı İlham Əliyevlə də görüşüb, ölkəmizdə keçiriləcək mötəbər yarışlara hazırlığı müzakirə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: