Futbol üzrə Azərbaycan kubokunda 2020/21 mövsümünün final matçının başlama saatı açıqlanıb.
Arena.az xəbər verir ki, mayın 24-də “Sumqayıt”la “Keşlə” arasında keçiriləcək qarşılaşmaya saat 19:30-da start veriləcək.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan kubokunun final matçı Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.


