Portuqaliya futbolunun əfsanəsi Luis Fiqo həmyerlisi, “Əl-Nəsr”in ulduz hücumçusu Kristiano Ronaldonun DÇ-2026-da iştirakının tərəfdarıdır.
Arena.az Fiqonun müvafiq qənaətini təqdim edir:
“O, dünya çempionatında əsas oyunçu ola bilər. Düşünürəm ki, biz gözləməli və nə olacağını görməliyik. Amma Kristiano əlçatanlığı, peşəkarlığı və istedadı baxımından bütün dünya üçün bir nümunədir”.
Lissabon “Sportinq”i, “Barselona”, “Real” və “İnter”in də üzvü olmuş keçmiş hücumçu cari mövsümdə UEFA Çempionlar Liqasını qazanmağa əsas iddiaçını da açıqlayıb:
“UEFA Çempionar Liqasını kim qazanacaq? Düşünürəm, PSJ. Komanda əla fiziki formadadır, sabit nəticələr göstərir. Amma dəqiq təxmin verə biləcəyimdən əmin deyiləm, odur ki, yəqinliklə demək olmaz”, deyə veteran futbolçu vurğulayıb.


