Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (13-cü qran-pri) həlledici yarışı baş tutub.
Arena.az xəbər verir ki, budəfəki yarış İtaliyada təşkil olunub.
Montsada baş tutmuş İtaliya qran-prisində “Mersedes”in gənc pilotu Kimi Antonelli qalib olub. 20 yaşlı italiyalı sürücü 53 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq qələbəsini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 7-ci zəfərdir.
Kimi Antonellinin komanda yoldaşı Corc Rassel bu yarışda ikinci yeri tutub. “Red Bull”un sürücüsü, əvvəlki mövsümlərdə ardıcıl çempionluqlar yaşamış Maks Ferstappen isə bu Montsada üçüncü yerlə kifayətlənib.
Beləliklə, geridə qalmış 13 mərhələdən sonra Kimi Antonelli 267 xalla vahid liderdir. “Mersedes”in digər pilotu Corc Rassel (201) ikincidir. Üçüncü yerdə “Ferrari”nin sürücüsü Luis Hamilton (191) qərarlaşıb.
Mühəndislər Kubokunda “Mersedes” 468 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 346 xalla ikinci, “Maklaren” isə 287 xalla üçüncü yerdə gedir.
Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 14-cü qran-prisi İspaniyada keçiriləcək. Bu yarış avqustun sentyabrın 13-də təşkil olunacaq.
Formula 1 üzrə dünya çempionatı, 2026
Pilotların yarışında turnir cədvəli:
- Kimi Antonelli (Mersedes) – 267
- Corc Rassell (Mersedes) – 201
- Luis Hamilton (Ferrari) – 191
- Lando Norris (Maklaren) – 171
- Şarl Lekler (Ferrari) – 155
- Maks Ferstappen (Red Bull) – 127
- Oskar Piastri (Maklaren) – 116
- İsak Hacar (Red Bull) – 71
- Liam Louson (Rasinq Bulls) – 51
- Pyer Qasli (Alpin) – 41
- Arvid Linblad (Rasinq Bulls) – 29
- Franko Kolapinto (Alpin) – 21
- Oliver Berman (Haas) – 18
- Qabriel Bortoleto (Audi) – 10
- Niko Hulkenberq (Audi) – 6
- Karlos Sayns (Uilyams) – 6
- Aleksander Albon (Uilyams) – 5
- Esteban Okon (Haas) – 3
- Fernando Alonso (Aston Martin) – 3
- Yuki Tsona (Rasinq Bulls) – 1
- Serxio Peres (Kadillak) – 0
- Valtteri Bottas (Kadillak) – 0
- Lens Stroll (Aston Martin) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Mersedes – 468
- Ferrari – 346
- Maklaren – 287
- Red Bull – 204
- Rasinq Bulls – 75
- Alpin – 62
- Haas – 21
- Audi –16
- Uilyams – 11
- Aston Martin – 3
- Kadillak – 0


