“Fortuna” avrokuboklara qatıla bilməyəcək – Səbəb

Sittard-Qelen “Fortuna”sı Niderland çempionatında mövsümü növbəti mövsümdə avrokuboklara vəsiqə verən yerdə başa vura bilər.

Arena.az BBC-yə istinadən məlumat verir ki, bu, baş versə belə, komanda avrokuboklarda iştirak etməyəcək.

Belə ki, klub akrokuboklarda iştirak üçün gərəkli lisenziyaya malik deyil. Kargüzarlıq şöbəsinin səhlənkarlığı səbəbilə “Fortuna” müvafiq lisenziyanı vaxtında ala bilməyib. Avrokuboklara lisenziyanın əldə edilməsi üçün son tarix artıq geridə qalmış aprel ayının 8-də başa çatıb.

Xatırladaq ki, Sittard-Qelen təmsilçisi sonuncu dəfə avrokuboklar çərçivəsində 1998-ci ilin İntertoto Kubokunda mübarizə aparıb. Əlavə edək ki, bu yarış daha mövcud deyil.

Cari mövsümdə “Fortuna” riyazi olaraq Konfrans Liqası iştirakçılarına qoşula bilər.

Niderland Eredivizisinin sonuncu, 34-cü turu ərəfəsində Sittard-Qelen klubu 33 oyundan 40 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Yarış cədvələinin 5-9-cu pillələrində qərarlaşmış komandalar isə növbəti mövsümün Konfrans Liqasına vəsiqə uğrunda ələmə oyunlarında iştirak edəcəklər. Göründüyü kimi, “Fortuna”nın bu mübarizə üçün riyazi imkanı qalmaqdadır, belə ki, müvafiq olaraq 8-ci və 9-cu pillələrdəki “Neymegen” və “Herenven”in də 40 xalı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: