Fransa Liqa 1-i Kristiano Ronaldonun cavabını verdi

Fransa Liqa 1-i ölkənin əsas futbol yarışının simasını qorumaq üçün portuqal ulduz Krsitiano Ronaldonun Liqa-1 haqda fikirlərini cavablayıb.

Arena.az xatırladır ki, “Əl-Nəsr”in hücumçusu son müsahibəsində Səudiyyə Ərəbistanı Peşəkar Liqasının futbol səviyyəsinin Fransa Liqa 1-dən üstün olduğunu bildirmişdi.

Liqa 1-in mətbuat xidməti portuqal uduzun bu iddiasını özünəməxsus şəkildə cavablayıb. Qurum özünün “X” sosial şəbəkə hesabı üzərindən şəkil paylaşıb. Şəkildə PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappenin, Fransa klubunun 2023-cü ilin yanvarında “Əl-Nəsr” və “Əl-Hilal”ın ulduzlarından ibarət komandasına qarşı qələbə qazandığı (5:4) yoldaşlıq oyununda Ronaldonun yanağına toxunduğu məqam əks edilib. Liqa 1 öz fikrincə, bununla ölkələrin futbol səviyyələri arasındakı fərqi sözsüz və şərhsiz başa düşməyə əsas verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: