Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən ənənəvi “Globe Soccer Awards” tədbirinin 2023-cü il üzrə mükafatlandırma mərasimi baş tutub.
Arena.az məlumat verir ki, Dubayda təşkil edilmiş mərasimdə tədbirin bütün qalibləri elan edilib və mükafatlarına qovuşub:
“2023 Globe Soccer Awards”ın bütün təqdimatlar üzrə qaliblərini təqdim edirik:
2023-cü ilin ən yaxşı məşqçisi: Xosep Qvardiola (“Mançester Siti”);
2023-cü ilin ən yaxşı qapıçısı: Ederson (“Mançester Siti” və Braziliya millisi);
2023-cü ilin ən yaxşı yarımmüdafiəçisi Rodri (“Mançester Siti” və İspaniya yığması);
2023-cü ilin ən yaxşı gənc oyunçusu: Cud Bellingem (“Real” və İngiltərə yığması);
2023-cü ilin ən yaxşı oyunçusu Erlinq Haland (“Mançester Siti”);
2023-cü ilin ən yaxşı qadın futbolçusu: Aytana Bonmati (“Barselona” və İspaniya yığması);
2023-cü ildə Yaxın Şərqin ən yaxşı oyunçusu: Kristiano Ronaldo (“Əl-Nəsr” və Portuqaliya yığması);
2023-cü ilin ən sərrast futbolçusu kimi Maradona mükafatının sahibi: Kristiano Ronaldo (“Əl-Nəsr” və Portuqaliya yığması);
Azarkeşlərə görə 2023-cü ilin ən yaxşı oyunçusu: Kristiano Ronaldo (“Əl-Nəsr” və Portuqaliya yığması);
2023-cü ilin ən yaxşı komandası “Mançester Siti”.


