21 yaşadək futbolçular arasında Avropanın ən yaxşı oyunçusuna verilən “Golden Boy” mükafatına namizədlərin siyahısı açıqlanıb.
Arena.az xəbər verir ki, siyahıda 20 əsas namizəd və 5 “wild card” iştirakçısı yer alıb.
Namizədlər arasında “Barselona”nın üç futbolçusu var. Bunlar Pau Kubarsi, Mark Bernal və Xavi Espartdır. İspaniya millisinin 2026-cı il dünya çempionatında heyətində yer almış Lamin Yamal isə siyahıya daxil edilməyib.
“Golden Boy” mükafatının əsas favoritlərindən biri Pau Kubarsi hesab olunur. 2026-cı il dünya çempionatında ən yaxşı gənc futbolçu seçilən ispan müdafiəçi ilə yanaşı, siyahıda “Real”ın hücumçusu Endrik, “Çelsi”nin futbolçuları Jorrel Hato və Estevan, “Arsenal”dan Maylz Luis-Skelli, “Bayern”dən Lennart Karl və PSJ-dən Uorren Zair-Emeri kimi oyunçular da yer alıb.
“Golden Boy 2026”nın əsas 20 namizədi:
- Pau Kubarsi (“Barselona”)
- Ayyub Buaddi (“Mançester Siti”)
- Uorren Zair-Emeri (PSJ)
- Yan Diomande (“Real”)
- Luka Vuşkoviç (“Brayton”)
- Viktor Froholdt (“Portu”)
- Maylz Luis-Skelli (“Arsenal”)
- Rayan (“Bornmut”)
- Jorrel Hato (“Çelsi”)
- Lennart Karl (“Bayern”)
- Estevao (“Çelsi”)
- Endrik (“Real”)
- Junior Kroupi (“Bornmut”)
- Canluka Prestyanni (“Benfika”)
- Konstantinos Karetsas (“Borussiya Dortmund”)
- Said El Mala (“Köln”)
- Jon Martin (“Real Sosyedad”)
- Mark Bernal (“Barselona”)
- Kerim Alaybegoviç (“Yuventus”)
- Finn Jelç (“Ştutqart”)
Bundan əlavə, “wild card” vasitəsilə daha 5 futbolçu namizədlər siyahısına daxil edilib. Onlar Çaralambos Kostulas (“Brayton”), Joane Qadu (“Borussiya Dortmund”), Franko Mastantuono (“Fiorentina”), Rodriqo Mora (“Roma”) və Xavi Espartdır (“Barselona”).
Mükafatın qalibi Avropanın müxtəlif ölkələrindən 50 jurnalistin iştirakı ilə keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək. “Golden Boy” mükafatı 2003-cü ildən etibarən təqdim olunur.
Qeyd edək ki, əsas 20 namizəd “Transfermarkt”ın son 12 ay üzrə məlumatlara əsaslanan qiymətləndirməsi əsasında müəyyənləşdirilib. Qalibin noyabr ayında açıqlanması gözlənilir.


