Yüngül çəkidə keçmiş UFC çempionu (70 kq-a qədər), hazırda Şöhrət Zalının üzvü, rusiyalı Həbib Nurməhəmmədov maraqlı açıqlama verib.
Arena.az xəbər verir ki, Nurməhəmmədov “Böyük döyüş” sənədli serialında ona qarışıq döyüş növləri üzrə uğur qazanmağa imkan verən amillərdən danışıb:
“Məqsədyönlülük, səbr və nizam-intizam. Həm də rəqabət qabiliyyəti. Bu, sən rəqabətəqadir mühitə düşəndə gərəkdir. Budur, sən zala gəlirsən və orada səni “qayıra biləcək” iyirmi nəfər var. Sən isə hər gün onlarla çalışırsan və bütün bunlardan keçirsən. Bu, çox çətin bir şeydir. Sən ya psixoloji olaraq sınırsan, ya da daha güclü olursan.”, deyə Nurməhəmmədov keçdiyi döyüş sənəti yolundan danışıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov MMA-də 29 döyüş keçirib və hamısında qalib gəlib. Həbib 2020-ci ilin oktyabrında peşəkar karyerasını bitirdiyini açıqlayıb.
Peşəkar döyüş ustası olmaqla yanaşı, Həbib özünün tərbiyəsi, davranışı və həyat tərzi ilə digərlərindən fərqlənir.


