Hakimi təhqir etmiş futbolçular 10 dəqiqəlik cəzalana bilərlər

Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) baş icraçı direktoru Lukas Brud oyunda hakimi təhqir etmiş futbolçulara cəza istəyib.

Arena.az “The Times” nəşrinə istindan məlumat verir ki, Brud müvafiq ədəbsizliyə yol vermiş futbolçulara 10 dəqiqəlik diskvalifikasiya – oyundan atılma cəzasını tətbiq etmək istəyir.

“Biz oyunçuların səhv davranışını futbolda ciddi fəsad kimi müəyyən etdik və bu, gələcək illərdə IFAB üçün əsas mövzu olacaq. Oyun qaydaları və ya əlavə tədbirlərə dair tövsiyələr və təlimatlar vasitəsilə nə edə biləcəyimizi nəzərdən keçiririk.
Oyunçular hakimə nalayiq söz dediyi üçün sarı vərəqə almağı o qədər də hiss etməyə bilərlər. Bununla belə, oyunun 10 dəqiqəsini meydandan kənarda keçirəcəklərini bilsələr, bu, onlar üçün daha çox məna kəsb edəcək. Müxtəlif maraqlı tərəflər də bu fikrə böyük maraq göstərirlər. Yalnız kapitanın hakimə müraciət edə biləcəyi variant da nəzərdən keçirilir. Hakimə aqressiv yaxınlaşan oyunçulara artıq, dözmək olmaz.
Hətta bir neçə hal görmüşük ki, oyunçular bilərəkdən hakimin arxasına keçiblər, digərləri isə onun qabağına keçiblər ki, o, uzağa getməsin. Yalnız kapitan hakimə çata bilsə, sonradan komanda yoldaşlarına nə baş verdiyini dəqiq izah edə bilər. Bu, reqbi və basketbol kimi digər idman növlərində yaxşı nəticə verdi”, deyə Brud vurğulayıb.

Müvafiq üsulla qurum hakimi təhqir etmiş futbolçuya görə 10 dəqiqəlik cəza tətbiq etməyi düşünür. Yalnız komandanın kapitanının hakimə yaxınlaşmasına icazə verilməsi imkanları da nəzərdən keçirilir. Vurğulanır ki, bu, iki və ya daha çox oyunçu etiraz əlaməti olaraq hakimi mühasirəyə aldıqda, oyunun hakiminin kart göstərməsinə icazə verən mövcud reqlamentə əhəmiyyətli dərəcədə təsir edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: