Harvi Elliott “Valensiya”da!

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Harvi Elliott bundan sonrakı karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Arena.az xəbər verir ki, “Valensiya” İngiltərə klubu ilə 23 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlib.

Elliott qarşıdakı mövsümü İspaniya klubunda icarə əsasında keçirəcək.

Məlumata görə, “Valensiya” futbolçunun maaşının böyük hissəsini ödəməyi və bununla bağlı üzərinə daha yüksək maliyyə öhdəlikləri götürməyi qəbul edib.

Elliott 2025/2026-cı illər mövsümünü də icarə əsasında keçirib. İngiltərə Premyer Liqasında “Aston Villa”nın formasını geyinmiş yarımmüdafiəçiyə bu yay transfer pəncərəsində bir sıra klubların maraq göstərdiyi bildirilirdi. İngiltərədən “Lids Yunayted” və “Sanderlend”, İtaliyadan isə “Latsio” və “Napoli” onun xidmətində maraqlı olub.

“Fulhem” akademiyasının yetirməsi olan Harvi Elliott İngiltərə futbolu tarixinə də düşüb. O, 16 yaşında Premyer Liqada debüt edərək çempionat tarixinin ən gənc debütçüsü olub.

“Transfermarkt” portalı 23 yaşlı yarımmüdafiəçinin hazırkı bazar dəyərini 20 milyon avro qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: