İspaniyanın “Kelme” şirkəti yeni mövsümdə Azərbaycan İkinci Liqasında mübarizə aparacaq “Hypers”in geyim sponsoru olub.
Arena.az xəbər verir ki, bu barədə məlumatı klubun prezidenti Ayaz Abdullayev özünün “Facebook” səhifəsində paylaşıb.
Belə ki, yenicə Qubaya köçən “Hypers” futbol klubunun geyim sponsoru məhz İspaniya şirkəti olub.
“Kelme” İspaniya La Liqasında mübarizə aparan “Espanyol”, Portuqaliyanın “Boavişta”, İngiltərənin “Uotford”, “Uildston”, “Medenhed Yunayted”, Rusiyanın “Ural” (Yekaterinburq), “Fakel” (Voronej) kimi futbol klublarının geyim sponsorudur. Söügedən şirkət müxtəlif ölkələrin milli komandalarına, bəzi voleybol, basketbol və futzal komandalarına da geyim sponsorluğu edir.
“Kelme” artıq Azərbaycana da gəlib. Sözügedən şirkətlə “Hypers” (Quba) klubu arasında 5 illik müqavilə imzalanıb.


