IFAB mavi vərəqə ilə bağlı qərarını təxirə saldı

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) mavi vərəqənin tezliklə tətbiqi ilə bağlı qərar verməmək qərarına gəlib.

Arena.az bu barədə “Daily Star” dərgisinə istinadən məlumat verir.

IFAB ictimaiyyətin, o cümlədən komanda məşqçilərinin mavi vərəqənin tezliklə mümkün tətbiqi ilə bağlı mənfi münasibəti səbəbindən fikrindən daşınıb.

Mənbənin məlumatına görə, IFAB futbolda mavi vərəqənin tətbiqi planının təfərrüatını dünən, fevralın 9-da dərc etməli idi. Amma təşkilat bu təşəbbüslə bağlı növbəti müzakirələr aparmaq üçün prosesi dayandırmaq qərarına gəlib.

Xatırladaq ki, mavi vərəqə oyunçuların qəsdən qayda pozuntusuna yol verərdikləri və ya oyun rəsmisi ilə razılaşmadıqları halda, 10 dəqiqə müddətinə meydandan qovulacaqlarını ehtiva edirdi. Həmçinin bildirilirdi ki, oyun zamanı 2 mavi vərəqə və ya sarı və mavinin cəmi zamanı oyunçu qırmızı vərəqə almalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: