Türkiyədə keçiriləcək FNL Qış Kubokunda dünyada ilk dəfə olaraq oyunlar narıncı vərəqələr və 10 dəqiqəlik cərimələrlə oynanılacaq.
Arena.az məlumat verir ki, bu barədə jurnalist İlya Kazakov Rusiya Milli Futbol Liqasının prezidenti Nail İzmaylova istinadən bildirib.
Bundan əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbol qaydalarına yeniliklər təqdim edib. Bu dəyişikliklər ilk olaraq Rusiya komandaları ilə oyunlarda təcrübədən keçiriləcək.
Qırmızı vərəqədən az, amma sarı vərəqə üçün çox ağır olan qayda pozuntularına görə oyunçuya narıncı vərəqələr göstəriləcək. Belə bir vərəqə aldıqdan sonra oyunçu 10 dəqiqəlik cərimələnəcək. Meydana qayıdandan sonra oyunçunun hesabında sarı vərəqə olacaq. Həmçinin hakimlə mübahisələrə görə 10 dəqiqəlik cərimələr tətbiq ediləcək.


