İfeanyi Metyu “Neftçi”də!

İsveçrənin “Sürix” klubundan azad agent kimi ayrılmış yarımmüdafiəçi İfeanyi Metyu bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, “ağ-qaralar” bu gün növbəti transferini rəsmiləşdirib. Nigeriyalı futbolçu Metyu artıq “Neftçi” ailəsinin üzvüdür. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb. O, yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Sürix” olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. O, “El-Kanemi Uorriors”, “Kano Pillars”, “Lilleström”, “Osmanlıspor” klublarının şərəfini qoruyub.

İfeanyi Metyu Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

Metyu Nigeriyanın U-20 yığmasının formasını geyinsə də, sonradan əsas milli komandada debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: