İkinci Liqa: 8-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 8-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Üç günü əhatə edəcək turun görüşləri oktyabrın 18-də, 19-da və 20-də keçiriləcək. İlk oyun günündə üç, ikinci oyun günündə bir, sonuncu gündə isə iki qarşılaşmanın təşkili nəzərdə tutulub. Bütün oyunlara saat 15:00-da start veriləcək.

İkinci Liqa
8-ci tur

18 oktyabr

“Hypers” – “Ağdaş”
Bərdə şəhər stadionu, 15:00.

“Şirvan” – “Ağstafa Gəncləri”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Kür-Araz” – “Marafon”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

19 oktyabr

“Şəmkir” – “Difai”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

20 oktyabr

“Şəki” – “Zəngəzur”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Dinamo”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: