İkinci Liqa: “Ağdaş” “Dinamo”nu xalsız yola saldı

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Ağdaş” və “Dinamo” komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

12-ci turun qalan oyunları 23-25 noyabr aralığında keçiriləcək.

İkinci Liqa
12-ci tur
22 noyabr

“Ağdaş” – “Dinamo” 3:1
Qollar: Vasif Nəsirov, 10. Zamiq Abubəkirov, 47. Taryel Zeynalov, 71 – Valeh Seyidov, 64.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Orxan İbişov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Ağdaş şəhər stadionu, 14:00.

23 noyabr

“Füzuli” – “Göygöl”
Hakimlər: İslam Məmmədov, Samir Qaracayev, Mirnihad Seyidov, Alik Yunusov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “ASK Arena”, 13:00.

24 noyabr

“Baku Sportinq” – “Qusar”
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Asiman Əzizli, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:00.

“Şəki Siti” – “Kür-Araz”
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Ağadur Mahmudov, Nazim Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şəki şəhər stadionu, 14:30.

“Şahdağ Qusar” – “Şəfa”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı OİK stadionu, 14:30.

25 noyabr

“Lerik” – “Cəbrayıl”
Hakimlər: Əkbər Əhmədov, Rasim Axundov, Rəhman Aslanov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Lənkəran OİK stadionu, 14:00.

“Şəmkir” – “Kürmük Qax”
Hakimlər: Şamil İmanzadə, Anar Bədəlov, Oruc Həsənov, Maqsud Şamıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şəmkir OİK stadionu, 14:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: