İkinci Liqa: “Cəbrayıl”la “Şəmkir”dən çətin qələbə

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında “Cəbrayıl” “Kür-Araz”la ev oyunundan qalib ayrılıb.

Beş qolun qeydə alındığı “Şəmkir” – “Ağdaş” oyununda da meydan sahibləri qələbə qazanıblar. Bu, əvvəlki oyunlarının hamısından məğlub ayrılmış Şəmkirin eyniadlı təmsilçisinin ilk zəfəridir.

“Lerik” isə “Baku Sportinq”lə ev oyununda 2 cavabsız qolla uduzub.

5-ci turun qalan görüşləri sabah baş tutacaq.

İkinci Liqa
5-ci tur
2 oktyabr

“Cəbrayıl” – “Kür-Araz” 1:0
Qol: Baxşəli Baxşəliyev, 32.
Hakimlər: Tural Qurbanov, Orxan İbişov, Mirnihad Seyidov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Şəmkir” – “Ağdaş” 3:2
Qollar: Elgün Namazov, 1. Tural Vəlizadə, 20-pen. Ülfan Hüseynov, 44 – Zamiq Abubəkirov, 40-pen. Xəzər Məmmədov, 66.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Aydın Baxşıyev, Emin Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şəmkir OİK stadionu, 14:00.

“Lerik” – “Baku Sportinq” 0:2
Qollar: Röyal Nəcəfov, 32. Elgün Abbaslı, 78.
Hakimlər: Fərid Hacıyev, Kərim Zeynalov, RasimAxundov, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lənkəran OİK stadionu, 15:00.

3 oktyabr

“Füzuli” – “Şəfa”
Hakimlər: Rövşən Rəcəbov, Anar Bədəlov, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASK Arena”, 13:00.

“Kürmük Qax” – “Qusar”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ağadur Mahmudov, Ruslan Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qax OİK stadionu, 14:30.

“Şəki Siti” – “Şahdağ Qusar”
Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Samir Qaracayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəki şəhər stadionu, 15:00.

“Göygöl” – “Dinamo”
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Göygöl OİK stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: