İkinci Liqa: “Dinamo” və Qusar klublarından səfər qələbəsi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 21-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Bu oyunların hər birində meydan sahibi olan kollektivlər xalsız qalıblar. Belə ki, altı qolun qeydə alındığı “Hypers Quba” – “Şəfa” oyununda qonaqlar darmadağına seviniblər. Üç qolluq “Lerik” – “Dinamo” matçında da qonaqlar 3 xal qazanıblar.

“Şahdağ Qusar” səfərdə “Göygöl”ü 2 cavabsız qolla üstələyib. “Qusar” da “Şəki Siti”ni tək qolla yenib.

21-ci turun görüşləri aprelin 16-da keçiriləcək. Bütün matçlara saat 16:30-da start veriləcək.

İkinci Liqa
21-ci tur

15 aprel

“Göygöl” – “Şahdağ Qusar” 0:2
Qollar: Vüsal Hüseynov, 11. Rahid Əmirquliyev, 82-pen.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu. 16:30.

“Hypers Quba” – “Şəfa” 1:5
Qollar: Cavid İmamverdiyev, 76-pen. – Amil Yunanov, 32; 51; 63. Elnur Cəfərov, 73. Samir Ağayev, 88.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Rəhman Aslanov, Nəriman Ağayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 16:30.

“Şəki Siti” – “Qusar” 0:1
Qol: Əlibəy Məmmədli, 61.
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Elmin Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəki şəhər stadionu. 16:30.

“Lerik” – “Dinamo” 1:2
Qollar: Valid Yusubzadə, 90+5 – Sadiq Hüseynli, 75. Şahin Əliyev, 84-pen.
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Ruslan Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu. 16:30.

16 aprel

“Füzuli” – “Ağdaş”
Hakimlər: İslam Məmmədov, Mirnihad Seyidov, Ruslan Babayev, Rəsul Babayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:30.

“Şəmkir” – “Kür-Araz”
Hakimlər: Rövşən Rəcəbov, Samir Qaracayev, Zakir Şükürzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu. 16:30.

“Araz Saatlı” – “Şimal”
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu. 16:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: