İkinci Liqa: “Şəmkir” evdə, “Cəbrayıl” səfərdə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Lerik” “Cəbrayıl”la ev oyunundan məğlubiyyətlə ayrılıb. “Şəmkir” isə “Kürmük Qax” ilə ev oyununda minimal hesabla qalib gəlib.

İkinci Liqa
12-ci tur
22 noyabr

“Ağdaş” – “Dinamo” 3:1
Qollar: Vasif Nəsirov, 10. Zamiq Abubəkirov, 47. Taryel Zeynalov, 71 – Valeh Seyidov, 64.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Orxan İbişov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Ağdaş şəhər stadionu, 14:00.

23 noyabr

“Füzuli” – “Göygöl” 3:2
Qollar: Hüseyn Axundov, 45. Cəsur Hüseynov, 85. Əziz Hüseynov, 90 – Vüqar Əşrəfli, 68. Ülvi Cəlilov, 78.
Hakimlər: İslam Məmmədov, Samir Qaracayev, Mirnihad Seyidov, Alik Yunusov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “ASK Arena”, 13:00.

24 noyabr

“Baku Sportinq” – “Qusar” 3:2
Qollar: Elməddin Hüseynzadə, 22. Məhəmməd Xəlilov, 26. Röyal Nəcəfov, 90 – Eşqin Tağıyev, 6. Emin Əliyev, 20.
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Asiman Əzizli, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:00.

“Şəki Siti” – “Kür-Araz” 0:0
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Ağadur Mahmudov, Nazim Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şəki şəhər stadionu, 14:30.

“Şahdağ Qusar” – “Şəfa” 5:0
Qollar: İlqar Hüseynov, 7. Ruslan Ağalarov, 41. Tural Qurbatov, 69-pen; 76-pen. Nicat Abbasov, 72.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı OİK stadionu, 14:30.

25 noyabr

“Lerik” – “Cəbrayıl” 1:3
Qollar: Elvin Nəsibov, 29; 86. Tapdıq Əhmədov, 77-pen p Elvin Dəmirov, 62-öz qapısına.
Hakimlər: Əkbər Əhmədov, Rasim Axundov, Rəhman Aslanov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Lənkəran OİK stadionu, 14:00.

“Şəmkir” – “Kürmük Qax” 1:0
Qol: Qeyrət Qənbərov, 69-pen.
Hakimlər: Şamil İmanzadə, Anar Bədəlov, Oruc Həsənov, Maqsud Şamıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şəmkir OİK stadionu, 14:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: