İkinci Liqa: “Xankəndi” yeni mövsümə darmadağınla başladı

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

“Kür-Araz” – “Ağdaş” matçında qalib müəyyənləşməyib. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Dinamo”nun qonağı olan “Xankəndi” rəqibini 4 cavabsız qolla məğlub edib. “Ağstafa Gəncləri”i ilə qarşılaşan “Şəki” də yeni mövsümə inamlı qələbə ilə başlayıb.

İkinci Liqa
1-ci tur

6 sentyabr

“Quba” – “Qaradağ Lökbatan” 2:0
Qollar: Vüsal Hüseynov, 45+3-öz qapısına. Vidadi Cəfərov, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Kərim Zeynalov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

“Şirvan” – “Şəmkir” 1:2
Qollar: Qərib İbrahimov, 81 – Tural Məmmədzadə, 29. Cavidan Rəhimli, 41.
Hakimlər: Əkbər Əhmədov, Kamran Bayramov, Sadiq Əliyev, İslam Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu.

“Göygöl” – “Araz Saatlı” 1:1
Qollar: Ziyabil Məmmədov, 21 – Yaqub Yusubov, 30.
Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Ruslan Məmmədov, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu.

7 sentyabr

“Kür-Araz” – “Ağdaş” 1:1
Qollar: Bayram Əliyev, 54 – Elvin İsmayılov, 62.
Hakimlər: Niyaz Əhmədov, Şirmamed Mamedov, Əkbər Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Dinamo” – “Xankəndi” 0:4
Qollar: Elməddin Hüseynzadə, 46. Sərxan Ağayev, 52. Tural Qurbatov, 76. Bəhruz Teymurov, 88.
Hakimlər: Sənan Bayramzadə, Zöhrab Abbasov, Cavid Ömərov, Vüqar Həsənli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu.

“Ağstafa Gəncləri” – “Şəki” 0:2
Qollar: Nurlan Novruzov, 3. Saleh Süleymanov, 80.
Hakimlər: İslam Məmmədov, Ağadur Mahmudov, Elvin Mədətov, Emin Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağstafa şəhər stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: