İkinci Liqada 1-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə İkinci Liqada 2023/2024 mövsümünün 1-ci turunun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, turun bütün görüşləri Peşəkar Futbol Liqasının müvafiq “Youtube” kanalında canlı yayımlanacaq.

Xatırladaq ki, İkinci Liqada mövsümə sentyabrın 4-də start veriləcək. İlk oyun günündə 3, ikinci oyun günündə isə 4 qarşılaşma baş tutacaq.

İkinci Liqa
1-ci tur
4 sentyabr

“Füzuli” – “Cəbrayıl”
Bakı. “ASK Arena”, 13:00.

“Baku Sportinq” – “Şəfa”
Binə qəsəbə stadionu, 16:00.

“Ağdaş” – “Şahdağ Qusar”
Ağdaş şəhər stadionu, 16:30.

5 sentyabr

“Sheki City” – “Dinamo”
Şəki şəhər stadionu, 16:30.

“Lerik” – “Qusar”
Lənkəran OİK stadionu, 16:30.

“Şəmkir” – “Kür-Araz”
Şəmkir OİK stadionu, 16:30.

“Göygöl” – “Kürmük Qax”
Göygöl OİK stadionu, 16:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: