İkinci Liqada 3 oyuna cəmi 1 qol!

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.

“Şahdağ Qusar” – “Cəbrayıl” və “Ağdaş” – “Lerik” oyunlarında qapılara qol vurulmayıb. “Baku Sportinq” isə “Şəki Siti”ni tək qolla məğlub edib.

4-cü tura sentyabrın 28-də keçiriləcək “Dinamo” – “Füzuli” oyunu ilə yekun vurulacaq.

İkinci Liqa
4-cü tur
25 sentyabr

“Qusar” – “Göygöl” 1:1
Qollar: Sərxan Ağayev, 20 – Vüqar Əşrəfli, 43.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Tərlan Talıbzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Şəfa” – “Şəmkir” 3:2
Qollar: Asim Quliyev, 24. Elşən Mirzəzadə, 78. İbrahim Yusifov, 81 – Elgün Namazov, 39; 55.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Mirnihad Seyidov, Vüqar Alıyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 15:00.

“Kür-Araz” – “Kürmük Qax” 6:3
Qollar: Cavid İmamverdiyev, 7; 14; 15. Eltun Hüseynov, 45+1. Qeyrət Əliyev, 77. Ceyhun Quliyev, 88 – Elcan Hafizli, 9. Nail Təhməzli, 36. Elvin Süleymanov, 90+3.
Hakimlər: Vüqar Həsənli, Zöhrab Abbasov, Rasim Axundov, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Saatlı OİK stadionu, 15:30.

26 sentyabr

“Şahdağ Qusar” – “Cəbrayıl” 0:0
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Zakir Şükürzadə, Elvin Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı OİK stadionu, 15:00.

“Baku Sportinq” – “Şəki Siti” 1:0
Qol: Məhəmməd Xəlilov, 74.
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Aydın Bəxşiyev, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 15:00.

“Ağdaş” – “Lerik” 0:0
Hakimlər: Rauf Allahverdiyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamil Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağdaş şəhər stadionu, 15:30.

28 sentyabr

“Dinamo” – “Füzuli”
Hakimlər: Emin Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: