Futbol üzrə Azərbaycan İkinci Liqasının 2024/2025-ci illər mövsümündə çıxış edəcək 14-cü komandanın adına aydınlıq gəlib.
Arena.az xəbər verir ki, bu barədə AFFA və Peşəkar Futbol Liqasının (PFL) birgə yaydığı məlumatda bildirilir.
İkinci Liqanın 14-cü iştirakçısı “Şəfa” klubu olacaq. Bununla bağlı AFFA və PFL arasında aparılan müzakirələr artıq yekunlaşıb.
Xatırladaq ki, “Şəfa” yeni mövsümdən İkinci Liqada çıxış etmək uğrunda pley-off mərhələsində “Hypers”ə məğlub olmuşdu. Buna baxmayaraq, komandanın bir neçə gün əvvəl Azərbaycan çempionatlarından kənarlaşdırılan “İrəvan”ın əvəzinə İkinci Liqada oynamasına qərar verilib.


