İkinci Liqaya vəsiqə uğrunda matçın vaxtı və yeri bilindi

2025/2026-cı illər mövsümündə İkinci Liqada çıxış etmək uğrunda keçiriləcək pley-off oyununun vaxtı və məkanı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, cari mövsümdə İkinci Liqada 13-cü yeri tutmuş “Lerik” ilə Region liqasında 2-ci olmuş “Şirvan” komandası pley-off oyununda üz-üzə gələcəklər. Bu komandalar mayın 29-da “Bayıl Arena”da qarşılaşacaqlar. Oyuna saat 16:00-da start veriləcək.

Bununla əlaqədar mayın 27-də, saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək. Məhz həmin görüşdə oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.

Pley-off oyunu
29 may

Lerik – Şirvan
“Bayıl Arena”. Saat 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: