İlkin Muradov: “Hədəfimiz kubokda finala yüksəlməkdir”

“Zirə”in yarımmüdafiəçisi İlkin Muradov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Səbail”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az-a müsahibə verən 27 yaşlı futbolçu komandasının 3:0 hesablı qələbəsi (ilk oyun 2:1) ilə bağlı danışıb:

  • Oyun haqda təəssüratlarınız necədir?
  • Çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, “Səbail” çox ciddi komandadır. Qalib gəlib növbəti mərhələyə yüksəldiyimiz üçün çox sevincliyəm.
  • Ölkə kubokunun qalibi olmaq yolunda şanslarınızı necə dəyərləndirirsiniz?
  • Bu turnir bizim üçün vacibdir. Hədəfimiz ölkə kubokunun finalına qədər yüksəlməkdir.
  • “Araz-Naxçıvan” – “Qəbələ” cütündən hansı komanda ilə qarşılaşmaq istəyərdiniz?
  • İkisi də çox təhlükəli komandadır. Hansı ilə düşməyimizdən asılı olmayaraq, ciddi hazırlaşacağıq.
  • “Zirə”ni “Sumqayıt” və “Neftçi” ilə ölkə çempionatında çətin oyunlar gözləyir. Bu barədə nə deyə bilərsiniz?
  • Hər iki oyun bizim üçün vacibdir. Ümid edirəm ki, hər iki görüşə ciddi hazırlaşıb, yüksək pillələr uğrunda mübarizə aparacağıq.

Xatırladaq ki, İlkin Muradov “Səbail”ə 3:0 hesabıyla qalib gəldikləri cavab matçının 70-ci dəqiqəsində meydana buraxılıb.

Nahid Məmmədov

Xəbəri sosial şəbəkələrdə paylaş: