Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” komandası bu gün yay toplanışında ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, əyalət təmsilçisi bu gün hazırlıq çərçivəsində “Araz-Naxçıvan”ın əvəzediciləri ilə üz-üzə gəlib.
Üç qolun qeydə alındığı oyun elita təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Xatırladaq ki, Premyer Liqamızın debütantı elitadakı ilk oyununda “Turan Tovuz”la üz-üzə gələcək.


