“İmişli” Şamaxıya getməkdən imtina etdi, oyun ləğv edildi

Premyer Liqada yeni mövsümə hazırlaşan “Şamaxı” və “İmişli” komandaları arasında keçirilməli olan yoxlama oyunu ləğv edilib.

Arena.az bu barədə Şamaxı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, “İmişli”nin qarşılaşmaya gəlməkdən imtina etməsi səbəbindən bu matç keçirilməyəcək.

Xatırladaq ki, daha əvvəl bu komandalar arasındakı görüşün avqustun 9-da keçiriləcəyi barədə xəbər yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: