İnqilab Məmmədov BƏƏ – Ukrayna finalını idarə edəcək

Azərbaycanın FIFA referisi İnqilab Məmmədov Avropa Çimərlik Futbolu Liqasında (EBSL) B Divizionunun final oyununu idarə edəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Gürcüstanın Batumi şəhərində təşkil olunmuş yarışın həlledici oyunu bu gün keçiriləcək. Final görüşdə Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 20:30-da başlayacaq final matçının 2-ci hakimi macarıstanlı Baqi Çaba, 3-cü hakimi gürcüstanlı Kaxa Vaşadze, 4-cü hakimi isə Azərbaycanın digər referisi Nail Nağıyev olacaq.

Xatırladaq ki, İnqilab Məmmədov Azərbaycanın çimərlik futbolu üzrə FIFA referisidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: