Azərbaycanın çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov dünyanın ali futbol qurumu tərəfindən beynəlxalq turnirə təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, İnqilab Məmmədov FIFA tərəfindən keçiriləcək “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək.
Yarış fevral 15-dən 25-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.


