“İnternasyonal”ın maskotu cinsi tacizdə ittiham edilir

Braziliya nəhənglərindən “İnternasyonal”ın klub maskotu qadın jurnalist Jizel Kumpel tərəfindən cinzi tacizdə ittiham edilir.

Arena.az bu barədə “TyC Sports” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Kumpel ötən mövsüm Braziliya A Seriyasının 10-cu turunun “Qremio” ilə oyunu (3:2) zamanı “İnternasyonal”ın klub maskotunu cinsi tacizdə ittiham edib.
Xanım Kumpel iddia edir ki, maskot oyun boyu ona daim əl-qol edib və qələbə qolundan sonra onu qucaqlayaraq, əlləyib, başından tutub öpüb.

Xanımın iddiası əsasında “İnternasyonal” polisə müşəhidə kameralarından görüntüləri təqdim edib. Polis müvafiq araşdırma aparıb. İstintaq müddətində maskotun simasını canlandıran qızmış işçi maskotluqdan müvəqqəti kənarlaşdırılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: