“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda keçirilmiş “Mançester Siti” ilə oyunu şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin qolsuz heç-heçə barədə fikrini təqdim edir:
“Mən dedim: “Afərin, uşaqlar”. Yüksək səviyyəli oyun nümayiş etdirdilər. Mən onlardan xahiş etmişdim ki, necə oynaya bilirlərsə, elə də oynasınlar. “Mançester Siti”nin nəyə qadir olduğunu hamımız bilirik, yaxşı oynamaq üçün isə mütləq səy tələb ediləcəyini bilirdik. Biz də bunu bacardıq.
Bundan başqa, biz özümüz də həqiqətən yaxşı bir neçə fürsət yaratdıq. Yaxşı komanda işi sayəsində biz istənilən rəqibin tapşırığını çətinləşdiririk.
Mən Darmiandan niyə özünün zərbə vurmadığını soruşdum, o isə cavabladı ki, arxadan Barellanın səsini eşidib. Hər şeydən daha çox Mxitaryanın qol vurmaması məni daha çox üzdü. Ümidli idim: onun qol vuracağını düşünürdüm!”, deyə İnzaqi vurğulayıb.
Hərəyə 1 xal qazanmıış “Mançester Siti” və “İnter” ümumi mərhələnin yarış cədvəlində ələmə mərhələsinə vəsiqə verən, müvafiq olaraq 11-ci və 12-ci yerlərdə qərarlaşıblar.