İnzaqi ÇL-də “Atletiko”ya qarşı cavab oyunu haqda danışdı

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 finalının cavab görüşündə Madrid “Atletiko”su ilə qarşıdakı oyun haqda danışıb.

Arena.az xatırladır ki, Milanda keçirilmiş ilk oyunda “İnter” “döşəkçilər”i 1:0 hesabı ilə məğlub edib.

“Atletiko” səfərlə müqayisədə evdə çox dəyişən komandadır. Onların necə futbolçuları olduğunu, Simeonenin necə məşqçi olduğunu bilirik, ona görə də mümkün qədər yaxşı hazırlaşmağa çalışacağıq. “Atletiko” stadionundakı vəziyyət öz təsirini göstərəcək, amma qarşımıza qoyduğumuz məqsəd Çempionlar Liqasında mübarizəni davam etdirməkdir.

Biz bilirik ki, onlar bir neçə başqa taktiki seçimlərdən istifadə edə bilərdilər və bu gün bir neçə oyunçuya istirahət verdilər. Keçən mövsüm biz Portu və Lissabonda oynadıq, odur ki, biz artıq kifayət qədər alovlu ab-hava yaşamışıq”, “Football Italia” dərgisi İnzaqinin oyundan gözləntilərini sitat gətirir.

Xatırladaq ki, komandalar arasında cavab oyunu martın 13-də Madriddə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: