İnzaqi “Real Sosyedad”la heç-heçəyə münasibətini açıqladı

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasında “neradzurri”nin “Real Sosyedad”la heç-heçə (0:0) nəticəsini şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisn bu barədə fikirlərini təqdim edir:

“Oyunun ən təhlükəli imkanlarını yaratdıq, baxmayaraq ki, çox yüksək təzyiq göstərən və bizim üçün hər şeyi çətinləşdirən əla komandaya qarşı oynadıq. Qrup mərhələsini məğlubiyyətsiz başa vurduq, ikinci yeri tutduq. Gələcəyə böyük inamla baxırıq. 1/8 finala hələ çox var. Keçən il də biz ikinci yeri tutduq və nəticədə finala çıxdıq”, deyə İnzaqi xatırladıb.

Dekabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin sonuncu, 6-cı turu çərçivəsində “Real Sosyedad”ı qəbul etmiş “İnter” İspaniya təmsilçisinin müqavimətini qıra bilməyib – 0:0. Nəticədə “D” qrupunda hər iki komandanın eyni miqdarda – 12 xal toplamasına rəğmən, “Real Sosyedad” toparın daha yaxşı fərqi hesabına qrupu lider olub. “İnter” isə 2-ci pillədə tamamlayıb.

Xatırladaq ki, qrup mərhələsinin 1-ci turu çərçivəsində komandalar arasında İspaniyada keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: