İspaniya millisi məğlubiyyətsiz oyunlar üzrə rekordunu yenilədi

Sonuncu dünya çempionatının (DÇ-2026) qalibi olan İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyası üzrə öz rekordunu yeniləyib.

Arena.az xəbər verir ki, ispanlar ötən gecə UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin ilk turunun oyununda İngiltərəni 3:2 hesabı ilə məğlub ediblər.

Qarşılaşma Londondakı “Uembli” stadionunda keçirilib.

Bu qələbədən sonra İspaniya millisinin məğlubiyyətsiz oyunlar seriyası 39 matça çatıb. Seriya 2024-cü ilin martından davam edir. Bu statistikaya penaltilər seriyası və yoldaşlıq görüşləri daxil edilmir.

İspaniya millisi dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub etdikdən sonra İtaliya millisinin rekordunu da geridə qoyub. İtaliya 2018-2021-ci illər arasında Roberto Mançininin rəhbərliyi altında 37 oyunluq məğlubiyyətsiz seriyaya imza atmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: