Jurnalist Ermosonu şantaj edir: “Türməyə düşməyini istəyirəm”

Tanınmış ispan jurnalist Alvise Peres sosial şəbəkələr vasitəsilə İspaniya yığmasının futbolçusu Cennifer Ermosonu şantaj edir.

Arena.az məlumat verir ki, jurnalist İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbəri Luis Rubiales ilə öpüşdükdən sonra Ermosonun özünün qalmaqalı “şişirdiyini” etiraf etməyini tələb edir.

Xatırladaq ki, bu qalmaqaldan sonra Rubialesi vəzifəsindən məhrumetmə və hətta cinayət cəzası gözləyir. Jurnalist Alvise Peres Ermosonun hər şeyi etiraf etmədiyi təqdirdə onun şəxsi yazışmalarını və videolarını “sızdırmağa” davam edəcəyi ilə futbolçunu hədələyir.

Alvise Peres özünün “Twitter” hesabı üzərindən yazıb:

“Gəlin başlayaq, Cenni Hermoso:

  1. Niyə sən digər futbolçular qarşısında öyünərək, Rubialeslə öpüşdüyün barədə memə gülüşlə duruş verirdin?
  2. Niyə indi sənin qəzəblənmiş bütün komanda yoldaşların avtobusda sənə və Rubialesə zarafatla “öpüşün” deyə qışqırırdılar?
  3. Niyə sən avtobusda Rubialesdən “zarafatla” öpüş istədiyin və Luisin “yox, utanıram” dediyi zaman gülüşdən uğunurdun?

Düzünü deməni istəmirəm. Çünki İspaniya bunu bu gün artıq bilir. Həbsxanaya getməyini istəyirəm. Ya hər şeyi etiraf edirsən, ya da bu (video və digər sızmalar – redaktorun qeydi) sadəcə başlanğıcdır”.

Bir qədər sonra Alvise Peres əlavə edib: “Sən bilirsənmi ki, Cenni, bizim əlimizdə sənin ziyafət axşamlarından videoların və WhatsApp videoların belə, var, çünki dostlarından biri sənin günahsız bir insanın həyatını məhv etməyindən dəhşətə gəlib?”

Xatırladaq ki, Luis Rubiales qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimində futbolçu Cennifer Ermosonun dodaqlarından ehtirasla öpüb. Sosial şəbəkələrdə bu epizodu şərh edən Ermoso Rubialesin etdiklərini bəyənmədiyini vurğulayıb. Hadisə futbol ictimaiyyətində tənqidlərlə müşahidə edilən qızğın müzakirələrə səbəb olub. Rubialesin özü “bu, iki dostun qələbəni qeyd etdiyi an idi” deyərək, təqsirkar olmadığını bildirib.

FIFA Rubialesi 90 gün futboldan uzaqlaşdırıb və təhqiqatlarını davam etdirir. FIFA-nın Rubialesi futboldan 15 il uzaqlaşdırmaq haqda qərarı baxışdan keçirdiyi haqda məlumat da yayılıb. İspaniya prokurorluğu da zərərçəkmişin iddiası təqdirində, Rubialesə qarşı cinayət işi aça biləcəyini bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: