Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığı davam etdirən “Kəpəz” bu gün daha bir yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Gəncə təmsilçisi əvəzediciləri ilə qarşılaşıb.
Gəncə şəhər stadionunun yardımçı meydançasında reallaşan matç Azər Məmmədovun yetirmələrinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Elnur Cəfərov və Bəxtiyar Həsənalızadə vurub.
Xatırladaq ki, “Kəpəz” bu yay hazırlıq dönəmində daha öncə dörd yoxlama oyunu keçirmişdi. Gəncə təmsilçisi “Səbail” ilə “Zirə”yə eyni hesabla (1:2) məğlub olmuş, “Araz-Naxçıvan”la da heç-heçəyə razılaşmışdı – 1:1. “Səbail”in əvəzedici komandası ilə oyun isə 4:2 hesablı qələbə ilə bitimişdi.


