“Kəpəz” 2023/24 mövsümündə bu formaları geyinəcək – Video

Bu gün Azərbaycan Premyer Liqasının yeni mövsümündə ilk matçına çıxacaq “Kəpəz” qarşıdakı sezon üçün formalarını təqdim edib.

Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, geyimlər ənənəvi olaraq Gəncə təmsilçisinin rənglərinə uyğun – sarı və göy rəngdən ibarətdir.

Formaların üzərində klubun loqosu, həmçinin futbolçuların ad və ya soyadı əks olunub. Bundan əlavə bu mövsümdən kluba tibbi dəstək verən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının da adı və loqosu formaların üzərində qeyd edilib.

Geyimlər İspaniyanın tanınmış “Joma” formasının istehsalıdır.

Yeri gəlmişkən, “Kəpəz”in yeni mövsüm üçün kapitanları da məlum olub. Klubdan verilən məlumata görə, təcrübəli müdafiəçi Vurğun Hüseynov əsas kapitan funksiyasını yerinə yetirəcək. Əli Səmədov ilə Yeqor Xvalko isə vitse-kapitanlar kimi sarğını daşıyacaqlar.

Qeyd edək ki, “Kəpəz” Azərbaycan çempionatının yeni mövsümündəki ilk matçını bu gün əzəli rəqibi “Neftçi”yə qarşı keçirəcək. Gəncə şəhər stadionunda baş tutacaq bu qarşılaşmaya saat 17:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: