“Kəpəz” komandası bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün hazırlığına start verib.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda bu gün yeni mövsüm öncəsi ilk məşqinə çıxıb. Hazırlıq prosesi Gəncə şəhər stadionundakı Məşq Mərkəzində keçirilir. “Sarı-göylər” çalışmaların ilk mərhələsində gündə bir dəfə olmaqla məşq edəcəklər.


