“Kəpəz” məşqlərə başlayır

“Kəpəz”in futbol üzrə Azərbaycan Premyer Liqasında yeni – 2023/2024 mövsümünə hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, “sarı-göylər” iyunun 26-da bir araya gələcəklər.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, məşqlər Gəncə şəhər stadionunda keçiriləcək.

Komandanın sonrakı mərhələdə harada hazırlıq keçəcəyi, hansı rəqiblərlə yoxlama oyunu keçirəcəyi isə hələ müəyyənləşməyib. Hazırlıq prosesi barədə daha ətraflı məlumatın qarşıdakı günlərdə veriləcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, “Kəpəz”i yeni mövsümə Tərlan Əhmədovu baş məşqçi postunda əvəz etmiş Azər Məmmədov hazırlaşdıracaq. Gəncə təmsilçisi indiyə qədər Elçin Əlicanovla yeni müqavilə imzalandığını və “Sumqayıt”dan ayrılan Vurğun Hüseynovu transfer etdiyini açıqlayıb. Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı və Georgi Kantariya isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: