Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz”in yoxlama matçı keçirəcəyi rəqiblərdən ikisi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “sarı-göylər” iyulun 21-də “Qəbələ”, 26-da isə “Şamaxı” ilə qarşılaşacaq.
Hər iki görüş Qəbələdə baş tutacaq.



