Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə Bakıda hazırlaşan “Kəpəz” yoxlama oyunu üçün daha bir rəqib tapıb.
Arena.az xəbər verir ki, Gəncə təmsilçisi “Səbail”in əvəzedicilərindən ibarət komandası ilə üz-üzə gələcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Matç iyulun 25-də keçiriləcək. “Dalğa Arena”nın ehtiyat meydançasında baş tutacaq görüşə saat 18:00-da start veriləcək.
Xatırladaq ki, “Kəpəz” buna qədər artıq üç yoxlama oyunu keçirib. Azər Məmmədovun rəhbərlik etdiyi komanda “Səbail” ilə “Zirə”yə eyni hesabla (1:2) məğlub olub, “Araz-Naxçıvan”la da heç-heçəyə razılaşıb – 1:1.


