Kadi Borges “Qarabağ”la yeni – 5 illik müqavilə imzaladı!

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” yarımmüdafiəçisi Kadi Borges Malinovski ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçu ilə 5 illik yeni sözləşmə imzalanıb. Onun əvvəlki sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər idi.

Xatırladaq ki, Kadi Borges 2021-ci ilin iyun ayından “Qarabağ”da çıxış edir. 26 yaşlı futbolçu həmin vaxt Ağdam klubu ilə 2+1 illik müqaviləyə imza atmışdı. Onun geridə qalan bir il ərzində göstərdiyi uğurlu performans xarici klubların diqqətini çəkməyə başlayıb. Bu üzdən də “Qarabağ” aparıcı futbolçusunu itirməmək üçün onunla yeni və uzunmüddətli müqavilə bağlamağa ehtiyac duyub.

Xəbəri sosial şəbəkələrdə paylaş: