“Sumqayıt”ın hücumçusu Kamran Quliyev Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Neftçi”yə qarşı keçirdikləri ev oyununu şərh edib.
Arena.az saytına müsahibə verən 23 futbolçu komandasının 2:3 hesablı məğlubiyyətinin səbəblərini belə izah edib?
- Oyuna yaxşı başlamışdıq, amma təəssüf ki, 15-20-ci dəqiqəyə qədər belə davam edə bildik. Daha sonra buraxdığımız ardıcıl səhvlər nəticəsində qapımızda 3 qol gördük. İkinci hissədə toparlanmağı bacardıq və 2 qol vurduq. İntiriqanı cavab görüşünə saxladıq.
- İlk hissədə nə baş verdi ki, komanda 3 top buraxdı?
- Qeyd etdiyim kimi, öz səhvlərimiz nəticəsində “Neftçi” üstünlüyü ələ aldı. “Neftçi”nin heyətində kifayət qədər keyfiyyətli futbolçuları var. Onlar bu səhvləri bağışlamadılar.
- Növbəti mərhələyə adlamaq şansınızı necə dəyərləndirirsiz?
- Hələ heç nə bitməyib. Cavab görüşü daha da gərgin və maraqlı mübarizə şəraitində keçəcək. Ümid edirəm ki, sonda sevinən tərəf “Sumqayıt” olar.
Xatırladaq ki, Kamran Quliyev sözügedən matçda ilk dəqiqələrdən meydandan olub və 64-cü dəqiqədə adaşı Kamran Əliyevlə əvəzlənib. Gənc forvard bu mövsüm forma geyindiyi 18 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov


